Sergey Lavrov: "Rusiya ilə Azərbaycan arasında praktiki əməkdaşlıq çox səmərəli və intensiv inkişaf edir"

Siyasət

27.02.2023 - 22:53

Həkimlər Klinikalar SEO Xidməti

Sergey Lavrov Azərbaycana səfər edib

"Rusiya ilə Azərbaycan arasında praktiki əməkdaşlıq çox səmərəli və intensiv inkişaf edir".

AYNA xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Sergey Lavrov deyib ki, Prezident Putin bizim müttəfiqlik qarşılıqlı fəaliyyətimizin inkişafına şəxsən xüsusi diqqət yetirir:

"Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi. Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən, bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir. Buraya həm Sizin Rusiya Federasiyasının Prezidenti ilə mütəmadi təmaslarınız, iki ölkənin hökumətlərinin sədrləri və nazirlər arasında görüşlər daxildir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş