Gültəkin Məmmədovanın meyiti tibbi ekspertizaya aparılıb
Şəmkir rayonunun Mahmudlu kəndində yaşlı qadın yanıq xəsarətlərindən ölüb.
AYNA-nın "Report"a istinadən məlumatına görə, görmə qabiliyyətini itirmiş, 1951-ci il təvəllüdlü Gültəkin Məmmədova soba üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.