Şəmkirdə təmir sexində avtomobil yanıb

Hadisə

06.07.2024 - 23:34

Həkimlər Klinikalar SEO Xidməti

Ətrafdakı avtomobillər və təmir sexi yanğından mühafizə edilib

Şəmkirdə yanğın hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərinin birində qeydə alınıb.

Təmir sexinin həyətində dayanan “VAZ” markalı minik avtomobilində anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı avtomobillər və təmir sexi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət