Şəmkirdə qohumuna atəş açan şəxs saxlanılıb

Xəbərlər

25.11.2022 - 00:42

Nurlan Məhərov tutularaq istintaqa təhvil verilib

Noyabr ayının 24-də Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da sonuncu heç bir xəsarət almayıb.

AYNA-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya yerli bürosuna açıqlamasında bildirib ki, hadisə yerindən yayınan N.Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

 

Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az