Yaralı qadına dərhal tibbi yardım göstərilib
Şəmkirdə qadın özünə bıçaqla xəsarət yetirib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Şəfa Xəlilova qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadının pisxoloji problemi olub.
Faktla bağlı araşdırma aparılır.