Şəmkirdə evdə partlayış olub

Hadisə

20.08.2024 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib: xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Şəmkir şəhərində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 450 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəx hissəsində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən evə ziyan dəyib, xəsarət alan olmayıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş