Şəmkirdə ev yanıb

Hadisə

20.09.2024 - 19:14

Hadisə Düyərli kəndində baş verib

Şəmkir rayonunun Düyərli kəndində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş