Şəmkirdə 47 yaşlı kişi bıçaqlanıb

Hadisə

21.09.2022 - 23:52

Hadisənin təfərrüatları hələlik məlum deyil

Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayon sakini, 1975-ci il təvəllüdlü C.Məmmədov mərkəzi küçələrin birində mübahisə zəminində bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az