İlham Əliyev Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Daha sonra dövlət başçısı Şəmkir rayonuna səfərə gedib. Ölkə rəhbəri Şəmkir şəhərində Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Bunun ardınca “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib.
Dövlət başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb. Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.