Şəkidə avtomobil ağaca çırpılıb, dörd nəfər ölüb

Xəbərlər

18.08.2023 - 21:34

Şəkidə avtomobil ağaca çırpılıb, dörd nəfər ölüb.

AYNA-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş