Şəhid olmuş hərbi qulluqçularımızın yenilənmiş siyahısı

Xəbərlər

02.06.2021 - 17:05

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını təqdim edib

 

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını təqdim edib.

 

AYNA xəbər verir ki, nazirliyin saytında yayılan məlumatda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

 

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

 

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Müəllif: Ayna.az