“Şəfəq”in təməli qoyulub

İqtisadiyyat

12.11.2024 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

 Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib

Azərbaycan Respublikası hökuməti və “Şəfəq (Cəbrayıl) Solar limited” şirkəti arasında 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsinin imzalanma mərasimi keçirilib.

AYNA xəbər verir ki, COP29 çərçivəsində baş tutan imzalanmadan sonra “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə torpaq icarə müqaviləsinin imzalanması mərasimi baş tutub.

Müqavilələri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və bp-nin baş direktoru Murrey Okinkloss imzalayıblar.

Mərasimin sonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi baş tutub.

Müəllif: Ayna.az