“Seçki qanunsuzluqlarına yol verənlər ciddi cəzalandırılmalıdır”

Xəbərlər

24.02.2020 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

Məzahir Pənahov: “Sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır”

 

“Seçki bülletenlərini korlayan məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır. Onlar barəsində çox ciddi ölçü götürülməlidir”.

 

AYNA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, qurumun bu gün keçirilən iclasında belə açıqlama verib.

 

“Sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır. Əgər hər hansı bir pozuntu aşkar edilirsə, bununla bağlı müvafiq qərar qəbul edilir”, - MSK sədri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş