Seçki məntəqəsinin nəticələri ləğv edilib

Xəbərlər

18.02.2020 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

MSK bu məntəqənin nəticələrini etibarsız sayıb

 

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb. AYNA xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

 

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib: “Araşdırmanın nəticəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında seçicilərin iradəsinə təsir edən amillərin olması təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntəqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”.

 

İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş