AEM-in “Saxta dərman vasitələri ilə mübarizə” təcrübəsi Türkiyədə təqdim olunub - FOTO

Xəbərlər

17.09.2022 - 17:02

cedabet dərman SEO Xidməti

Tədbirdə bir sıra məsələlər barəsində geniş müzkirələr aparılıb

5-7 sentyabrın tarixlərində Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkiltına üzv ölkələrinin milli tənzimləyici orqanları tərəfindən “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrində təhlükəsiz, effektli və keyfiyyətli dərman və tibbi vasitələrin əlcatanlığ mövzusunda” ikinci Konfransı keçririlib.

Bu barədə AYNA-ya Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 44 ölkənin müvafiq qurumlarını təmsil edən 400 nəfərə yaxın iştirakçının yer aldığı Konfransda Azərbaycanı Analitik Ekspertiza Mərkəzi PHŞ baş direktor müavini Rafiq Xudayev təmsil edib. Tədbirin acılış mərasimi Türkiyənin Səhiyyə nazirinin müavini Tolqa Tolunay və Türkiyənin Dərman və Tibbi Vasitələr Agentliyinin Prezidenti Tolqa Karakanın cıxışları ilə başlayıb.

Üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkiltına üzv ölkələrinin səhiyyə qurumlarının müştərək və əlaqəli fəaliyyəti, dərman və tibbi vasitələrin istehsalı, idxal və ixracı, keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsinin qarşısının alınması,  COVİD-19 pandemiyası ilə mübarizə sahəsində təcrübə və digər məsələlər barəsində geniş müzkirələr aparılıb.

Eyni zamanda, konfransın ikinci günündə Rafiq Xudayev “Saxta dərman vasitələri ilə mübarizə” mövzusunda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin təcrübəsi barəsində prezintasiya təqdim edib.

AEM-in “Saxta dərman vasitələri ilə mübarizə” təcrübəsi Türkiyədə təqdim olunub - AEM-in “Saxta dərman vasitələri ilə mübarizə” təcrübəsi Türkiyədə təqdim olunub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş