Şavkat Mirziyoyev Azərbaycana gəlib

Xəbərlər

22.08.2023 - 12:27

Özbəkistan Prezidentinin dövlət səfəri başlayıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş