Şarl Mişeldən liderlərin Brüssel görüşü ilə bağlı mətbuata AÇIQLAMA

Aktual

15.07.2023 - 19:40

Həkimlər Klinikalar SEO Xidməti

Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşdən sonra mətbuata açıqlama verib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Mişel qeyd edib ki, görüşdə hər iki ölkənin –Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr olmaqla ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilib.

Mişel görüşündə müzakirə olunan məsələləri də açıqlayıb. Onun sözlərinə görə, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib.

Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə mövzusu olub. Eyni zamanda, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş