Şarl Mişel: "Müasir dünyaya dialoq üçün platforma lazımdır"

Xəbərlər

13.03.2025 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

XII Qlobal Bakı Forumu keçirilir

"Qlobal çağırışlarla üzləşən müasir dünyanın açıq dialoq və birgə qərarların qəbulu üçün platformaya ehtiyacı var".

AYNA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.

Onun sözlərinə görə, mövcud prinsiplər və beynəlxalq qaydalar təzyiq altındadır, bu da konstruktiv həllərin axtarışını xüsusilə vacib edir.

"Dinləmək, problemləri müzakirə etmək və qərar qəbul etmək üçün ən yaxşı yolları tapmaq imkanımızın olması çox vacibdir. Bu həmçinin prioritetləri müəyyən etmək, bir-birimizi - tariximizi, mədəni reallıqlarımızı və ənənələrimizi daha yaxşı tanımağa imkan verir. Mən inanıram ki, beynəlxalq münasibətlər müdriklik, daha çox siyasi iradə və ictimaiyyətin diqqətini tələb edir. Çağırış bundan ibarətdir", - Ş.Mişel qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş