Keçmiş millət vəkili: “Kişinyov insanların taleyi ilə oynamağın səhv olduğunu başa düşmür"
“Moldova Prezidenti Maya Sandu Rusiya ilə bağlı açıqlamalarında daha diqqətli olmalıdır. Çünki bu açıqlamalar Ali Baş Komandanının açıqlamaları kimi qəbul edilə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Moldova Parlamentinin keçmiş üzvü Marina Tauber TASS agentliyinə verdiyi müsahibədə deyib.
O, Sandunun Rusiyaya qarşı sözlərinin Moldova və onun vətəndaşları üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Lakin Tauberin sözlərinə görə, “Kişinyov insanların taleyi ilə oynamağın səhv olduğunu başa düşmür".
“Sandu yadda saxlamalıdır ki, o, sadəcə Prezident deyil, həm də Ali Baş Komandandır. Rusiya Federasiyası haqqında müəyyən sözlər dedikdə, bir az fərqlidir”, - deyə o qeyd edib.
Sandu əvvəllər Rusiyanın respublikada hakimiyyəti yenidən əldə etmək planından imtina etmədiyini bildirib. O, Moskvanı ona qarşı impiçment proseduru başlatmaqda günahlandırıb.