Samuxda zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. 2003-cü il təvəllüdlü Jalə Məhərrəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Qadın xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.