Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb
Bu gün saat 18.00 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.