Salyan sakinindən narkotik və avtomat aşkarlanıb

Xəbərlər

18.09.2023 - 20:54

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə - marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd "AKMS" markalı avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az