Təşkilatın gələcək fəaliyyət planı müzakirə olunub, təşkilati məsələlər nəzərdən keçirilib
Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.
Bu barədə AYNA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunub və digər təşkilati məsələlər nəzərdən keçirilib.
Azərbaycan Parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.
