Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

Xəbərlər

11.09.2020 - 15:19

Bu, siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır

 

Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək.

 

Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim etməlidirlər.

 

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

Müəllif: Ayna.az