Şagirdlərin birinci sinfə qəbulunun başlanacağı tarix açıqlanıb

Xəbərlər

28.04.2026 - 14:12

Qeydiyyat 1-6 may tarixində aparılacaq

Şagirdlərin birinci sinfə qəbuluna may ayının əvvəlindən başlanılacaq. AYNA.AZ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, qeydiyyat 1-6 may tarixində aparılacaq.

“70-80 yaxın müəssisədə prioritet qəbul həyata keçiriləcək. İlk növbədə həmin ərazidə yaşayan şəxslər üçün qeydiyyat açıq elan ediləcək, daha sonra isə digər şəxslər qeydiyyatdan keçə biləcəklər”, - Eşqi Bağırov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş