Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.