Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Hadisə

20.07.2024 - 01:43

Həkimlər Klinikalar SEO Xidməti

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Bağırov Mehdi Maşallah oğlu evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.

İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət