Sanae Takaiçi Yaponiya Liberal Demokratlar Partiyasının rəhbəri seçilib
Yaponiyanın keçmiş daxili işlər naziri Sanae Takaiçi ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Onun əsas rəqibi kənd təsərrüfatı naziri Şinjiro Koizumi idi. Sədrliyi 2027-ci ilə qədər davam edəcək yeni LDP lideri çox güman ki, bu ayın əvvəlində Yaponiyanın növbəti Baş naziri olacaq.
Azlıq koalisiyası parlamentdə ən böyük qüvvə olaraq qalır və müxalifət partiyaları birləşmir. 64 yaşlı Takaiçi lider postu uğrunda mübarizədə qalib gələrsə, Yaponiyanın ilk qadın Baş naziri olacaq.
Sentyabrın əvvəlində Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa vermək niyyətində olduğunu elan edərək, belə bir qəfil hərəkətə görə xalqdan üzr istəyib. İşiba israrla bildirib ki, o postdan yapışmaq niyyətində deyil və bu qərarı vermək üçün uyğun vaxtı gözləyir. Baş nazir etiraf edib ki, hökumət siyasi islahatlar haqqında qanunun qəbul edilməsinə baxmayaraq, Yaponiya ictimaiyyətinin hökumət siyasətinə inamsızlığını aradan qaldıra bilməyib.