Sabahın havası: 40 dərəcə isti olacaq

Xəbərlər

17.08.2022 - 12:40

Bakıda nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq

Azərbaycanda avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Temperatur gecə 23-26, gündüz 35-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60%, gündüz 30-35% olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 41-42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə