Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

11.11.2023 - 16:25

Bakıda və rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir

Noyabrın 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Gecə 11-16° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş