Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

19.07.2022 - 15:09

cedabet Klinikalar SEO Xidməti

Bakıda 34, rayonlarda 42 dərəcə isti olacaq

İyulun 20-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.

Rayonlarda sabah havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş