Sabahın hava proqnozu

Xəbərlər

27.05.2026 - 15:57

Mayın 28-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək.

Gecə 17-19, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Gecə 16-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21, bəzi yerlərdə 23-26 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş