Bakıda 36 dərəcə isti olacaq
Azərbaycanda iyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 18-23° isti, gündüz 32-37° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.