Sabah külək əsəcək, dolu düşəcək

Xəbərlər

01.06.2021 - 12:55

Bakıda iyunun 2-si axşamdan 4-ü səhərədək  şimal-qərb küləyinin əsəcəyi gözlənilir

 

Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək  şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Müəllif: Ayna.az