Sabah Bakının bir küçəsində hərəkət məhdudlaşdırılacaq

Xəbərlər

11.03.2025 - 19:05

Həkimlər Klinikalar SEO Xidməti

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edilib

Sabah saat 09:00-dan 23:00-a qədər Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinə qədər olan hissəsində tam məhdudlaşdırılacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş