Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər

Siyasət

15.07.2022 - 18:31

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev sədrliyi ilə müşavirə keçirilib

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. AYNA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Prezident qeyd edib:

"Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş