Rusiyadan gətirilən 1 tondan artıq quş əti yararsız çıxıb

Xəbərlər

23.06.2023 - 22:58

İstehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub

Rusiyadan Azərbaycana gətirilən dondurulmuş hind quşu əti istehlaka yararsız çıxıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Lime and Co” MMC Rusiyadan idxal etdiyi “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039.5 kq dondurulmuş hind quşu budu məhsulunda götürülən nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Rusiyadan gətirilən 1 tondan artıq quş əti yararsız çıxıb Rusiyadan gətirilən 1 tondan artıq quş əti yararsız çıxıb Rusiyadan gətirilən 1 tondan artıq quş əti yararsız çıxıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş