Rusiyadan Ermənistana təbii qazın nəqli bərpa olunub

Dünya

26.07.2025 - 21:05

Gürcüstanda təcili bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib

Gürcüstanda təcili bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

“İyulun 26-da Ermənistana təbii qazın verilməsi bərpa edilib. Gürcüstanda Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində fövqəladə bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı”, - qeyd olunub.

Bundan əvvəl bildirilib ki, iyulun 24-də Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılır.

Şirkət daha sonra qeyd edib ki, daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikada istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş