Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Uzaq Şərq Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb.
"Yüngül mühərrikli təyyarə Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb. Hava gəmisi 1969-cu il təvəllüdlü vətəndaş tərəfindən idarə olunurdu. O, hadisə nəticəsində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb", - məlumatda bildirilib.
Qeyd edilib ki, insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə iş açılıb.