Rusiya qoşunları Volçanskın müdafiəsini yarıb

Dünya

18.07.2025 - 13:04

Hazırda əsas döyüşlər şəhərin dəmiryol vağzalı ərazisində gedir

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərinin müdafiəsini yarıb. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Volçansk yaxınlığında 180-ə yaxın hərbçi, beş zirehli texnika, altı avtomobil, səkkiz artilleriya qurğusu və bütöv bir sursat anbarını itirib”, - qeyd olunub.

Bildirilib ki, hazırda əsas döyüşlər dəmiryol vağzalı ərazisində gedir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş