Rusiya Kiyevə ballistik raket atıb

Dünya

20.12.2024 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Atışlar strateji aviasiya tərəfindən həyata keçirilib

Bu səhər Rusiya Ukraynaya raket zərbələri endirib. AYNA UNİAN-a istinadən bildirir ki, zərbələr nəticəsində bir nəfər həlak olub.

Atışlar strateji aviasiya tərəfindən həyata keçirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, MiQ-31K təyyarələrinin havaya qalxması ilə əlaqədar ölkə boyu genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib. Havada neçə təyyarənin olduğu açıqlanmayıb.

Yerli vaxtla səhər saat 7 radələrində Rusiya aviasiyası Kiyev istiqamətində raketlər atıb. Bir neçə dəqiqədən sonra Kiyevdə partlayış səsləri eşidilib.

Kiyev meri Vitali Kliçko paytaxtda hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib. O, Kiyev sakinlərini sığınacaqlara yerləşməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş