Unutmayaq ki, neft ucuzlaşmağa başladıqdan cəmi 5 il sonra SSRİ dağıldı
Bazar ertəsi OPEC+ sazişinin dağılması fonunda, “Brent” markalı neftin qiyməti üçdə bir qədər azalaraq 31.43 dollara düşdü. Dünya birjaları güclü bir enişlə açılış etdi. Neftin qiymətində 1991-ci il Körfəz Müharibəsindən bəri ən böyük enişlərdən biri baş verdi.
Qiymətlərin düşməsi Rusiyanın OPEC-in neft ixrac edən ölkələr təşkilatı ilə sazişdə iştirakdan imtina etməsi ilə nəticələndi. Cümə günü, Vyana danışıqlarında Moskvanın nümayəndəsi, yalnız Səudiyyə Ərəbistanının hasilatı azaltmaq üçün təklif etdiyi plandan imtina etməyib, eyni zamanda 2016-cı ildən bəri dünya neft qiymətlərini idarə etməyə imkan verən əvvəlki razılaşmanı dəstəkləməkdən də imtina edib.
“Kremlin bu hərəkəti alyansın digər üzvləri üçün gözlənilməz oldu - danışıqlar zamanı OPEC ölkələrinin enerji nazirləri o qədər şoka düşdülər ki, nə deyəcəklərini bilmədilər”, - deyə “Bloomberg” görüş iştirakçılarından birinə istinadən yazır.
Rusiya özü də ilk zərbəni aldı, belə ki, beynəlxalq valyuta bazarında rublun məzənnəsi düşdü – 1 dollar 72 rubla, 1 avro 82 səviyyəsinə qalxdı. Bu da son hədd deyil. Amerika investisiya bankı “Goldman Sachs”ın analitikləri neftin daha da ucuzlaşacağını - 1 barel üçün 20 dollara qədər enəcəyini proqnozlaşdırırlar. Bu halda rubl ucuzlaşmağa davam edəcək və bir dollar üçün 100 rubl səviyyəsinədək sıçrayış baş verə bilər.
Mira Həsənova