Rusiya BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə veto qoyub

Dünya

08.07.2022 - 21:54

Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.

AYNA bu barədə TASS-a istinadən xəbər verir.

Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib.

İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş