Dmitri Peskov: “Ən azı bir məşhur amerikalı blogerin adını eşitmək istərdim”
“Rusiya ABŞ-ın daxili işlərinə qarışmaq üçün blogerlərdən istifadə etmir”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Düzünü desəm, Rusiyanın ABŞ daxilində hansısa məqsədlər üçün istifadə etdiyi ən azı bir məşhur amerikalı blogerin adını eşitmək istərdim”, - Kreml rəsmisi qeyd edib.
Peskov əlavə edib ki, Vaşinqtonun bütün bu cür bəyanatları “heç bir sübutu olmayan əsassız ittihamlardır”.
Daha əvvəl Peskov bildirib ki, Kreml ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp arasında seçki debatlarını izləməyi planlaşdırmır.