"Tramp administrasiyası hesab edir ki, Avropa aparıcı rol oynamalıdır"
“Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində aparıcı rol oynamalıdır”. AYNA.AZ CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio avropalı milli təhlükəsizlik müşavirləri ilə söhbətində deyib.
"Tramp administrasiyası hesab edir ki, Avropa aparıcı rol oynamalıdır", - Rubio bildirib.
CNN mənbələrinin məlumatına görə, Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını açıqlamayıb.