Rezidenturaya imtahan keçiriləcək

Xəbərlər

11.07.2023 - 16:25

İmtahanın I mərhələsinin 2-ci cəhdi iyulun 16-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyulun 16-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, “İmtahana buraxılış vərəqəsi” çap etmək üçün linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş