Rəsmi Pekin Trampın BRİKS-lə bağlı hədələrinə cavab verib

Dünya

17.02.2025 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Çin BRİKS platforması çərçivəsində əməkdaşlığın dərinləşdirilməsini təklif edib

Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Quo Jiakun ABŞ Prezidenti Donald Trampın qrupa daxil olan ölkələr ABŞ dollarına alternativ yaratmağa cəhd etsələr, onlara tariflər tətbiq etməklə hədələmələrinə cavab olaraq BRİKS platforması çərçivəsində əməkdaşlığın dərinləşdirilməsini təklif edib. AYNA xəbər verir ki, bu barədə TASS XİN rəsmisindən sitat gətirib.

"Çin BRİKS tərəfdaşları ilə qarşılıqlı fəaliyyəti davam etdirməyə, bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə və qlobal iqtisadiyyatın davamlı və sabit artımına daha da böyük töhfə verməyə hazırdır", - Quo Jiakun vurğulayıb.

XİN rəsmisi həmçinin ABŞ-ın əlavə rüsumlar tətbiq etməsi məsələsində Çinin mövqeyini xatırladıb. Diplomat bəyan edib ki, ticarət və ya tarif müharibələrində qaliblər yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş