XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsinə görə narahat olmalıdır”
Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.
Qeyd edilib ki, dünən daha bir hərbi qulluqçu minanın partlaması nəticəsində həlak olub.
2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir.