Xalq artisti "Qurd Qapısı" məzarlığında torpağa tapşırılıb
Dünən vəfat edən Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) dəfn edilib. AYNA-nın xəbərinə görə, sənətkar Bakıda "Qurd Qapısı" məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.