Üçüncü gün: təqdimatda "Arşın mal alan" - FOTO

Mədəniyyət

17.10.2021 - 16:37

Festivalın üçüncü günündə "Arşın mal alan" operettası təqdim olunub

AYNA xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası təqdim olunub.

Baş rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikovdur.

Operettanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Operetta tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Üçüncü gün: təqdimatda "Arşın mal alan" - Üçüncü gün: təqdimatda "Arşın mal alan" - Üçüncü gün: təqdimatda "Arşın mal alan" - Üçüncü gün: təqdimatda "Arşın mal alan" -
Müəllif: Ayna.az